Dek 18, 2017 16:40 Asia/Baku
  • Ərəbistanda iordaniyalı milyarderin həbsi səudların etiraz reaksiyasıdır
    Ərəbistanda iordaniyalı milyarderin həbsi səudların etiraz reaksiyasıdır

Ərəbistanda iordaniyalı milyarderin həbs edilməsi səudların İordaniyanın ABŞ prezidentinin Qüdsə qarşı son qərarı ilə müxalifət ilə bağlı mövqeyinə etirazıdır.

İordaniya Səbih Əlmisrinin həbsindən şok olub. Bu xəbər barədə ziddiyyətli məlumatlar yayılıb. Amma Əlmisrinin özü təsdiq edibdir ki, qısa müddətə həbs olunub, sonra isə Ərriyaddakı evinə geri dönübdür. Əlmisri vurğulayıbdır ki, zəruri işgüzar iclaslardan sonra Ərəbistandan çıxacaqdır. Əlmisrinin həbs olunmasının səbəbləri hələ aydınlaşmayıbdır. Ərəb və dünya mətbuatı Əlmisrinin həbsini Ərəbistanda korrupsiya ilə mübarizə bəhanəsilə Muhəmməd bin Salmanın əmri ilə həyata keçirilən həbslər dalğasının bir hissəsi adlandırıblar. Nablus şəhərində anadan olmuş Əlmisri Ərəbistanda bir yeyinti sənayesi şirkətinə malikdir. O, həm də İordaniyada Ələrəbi bankının rəyasət heyətinin sədridir. O, İordaniyada bank və otel sektorlarında milyardlarla dollar sərmayə yatırıb. O, Fələstində də rabitə və əmlak sektorlarında iri investisiyalar həyata keçiribdir.

İnvestorlar və iqtisadçılar Əlmisrinin həbsi ilə bağlı xəbərləri yaxından izləyirlər. Onlar bu həbsin Ərəbistan və İordaniyanın iqtisadiyyatlarına olacaq təsirinin aydınlaşması üçün onun investisiyalarına olacaq təsirini gözləyirlər. Əlmisrinin tabeliyində olan şirkətlərdə on minlərlə nəfər işlə məşğuldur. Bəzi tərəflər Əlmisrinin həbsini səudların İordaniyaya mesajı bilir və onu Əmmanın Trampın ABŞ səfirliyinin Qüdsə köçürülməsi üzrə qərarına olan mövqeyinə etiraz hesab edirlər. Bu addım İordaniya kralı 2-ci Abdullaha qarşı siyasi və iqtisadi təzyiqdir, zira Əlmisri İordaniya kralına yaxın olan şəxslərdəndir.

Səudiyyənin bu hərəkətindən sonra İordaniya iqtisadiyyatının sabitlyi barədə nigarançılıqlar artıbdır. Xüsusən ona görə ki, Əlmisri İordaniyanın bank sektorunda ən uğurlu investordur.

 

Teqlər