Dəməşqdə Qüdsə dəstək konfransı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i289895-dəməşqdə_qüdsə_dəstək_konfransı
İran, İraq, Suriya və Livan nümayəndələri, eləcə də bəzi fələstinli qrupların iştirakı ilə və bəhreynli müxaliflər koalisiyasının nəzarəti altında Suriyanın paytaxtı Dəməşqdə işğal olunmuş Qüdsə dəstək konfransı keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 21, 2017 12:54 Asia/Baku
  • Dəməşqdə Qüdsə dəstək konfransı
    Dəməşqdə Qüdsə dəstək konfransı

İran, İraq, Suriya və Livan nümayəndələri, eləcə də bəzi fələstinli qrupların iştirakı ilə və bəhreynli müxaliflər koalisiyasının nəzarəti altında Suriyanın paytaxtı Dəməşqdə işğal olunmuş Qüdsə dəstək konfransı keçirilib.

Nə qədər ki, bıçaq və daşla döyüşən bir xalq mövcuddursa, Qüds Fələstinin paytaxtı və mücahidlərin qibl
əsi olaraq qalacaqdır. Bu, Suriya paytaxtında keçirilən Qüdsə dəstək aksiyası iştirakçılarının şüarı olubdur. Konfrans Bəhreyn 14 fevral inqilabı gəncləri koalisiyasının təşəbbüsü ilə keçirilibdir ki, beləliklə Bəhreyn xalqının bəhreynli heyətin son günlər Qüdsə olmuş səfərini rədd etdiyini elan etmiş olsun. Konfransda iştirak etmiş bəhreynli media fəalı Həsən Qəmbər deyib: Bəhreyn xalqı bu ölkəyə hakim kəsilmiş rejimin nümayəndəsi olan və sionizmi himayə edən bu heyəti rədd edir... Bizim ərəb ölkələrindəki qardaşlarımız Bəhreyn xalqının Fələstin amalına xalisanə dəstəyinin miqdarından xəbərdardırlar. Müqavimət, bütün hüquqların geri alınması üzrə yeganə yoldur.