İnsan Haqları Gözətçisi: Ərəbistan vəliəhdinə sanksiya tətbiq olunmalıdır
BMT-nin İnsan Haqları Gözətçisi Təşkilatının bir üzvü bildirib: BMT-nin Səudyyə Ərəbistanı vəliəhdi Məhəmməd Bin Salmana sanksiya tətbiq etməsinin vaxtı gəlib çatmışdır.
İnsan Haqları Gözətçisi Təşkilatının internet portalının məlumatına görə, təşkilatın üzvü Akşaya Kumar bildirib: Bin Salmanın yeri Taym jurnalında ilin adımı kimi elan olunmaq deyil, Təhlükəsizlik Şurasının sanksiyalar siyahısıdır. Çünki o, Yəməndə insan faciəsini davam etdirən ilk şəxsdir.
Akşaya Kumar əlavə edib: Təhlükəsizlik Şurasının müharibə qaydalarını pozan hər bir tərəf əleyhinə hər hansı sanksiyanı tətbiq etmək səlahiyyəti vardır və bu səlahiyyət Məhəmməd Bin Salman üçün icra oluna bilər.
İnsan Haqları Gözətçisi Təşkilatının üzvü Məhəmməd Bin Salmanın Yəməndəki saysız cinayətlərinə toxunub və deyib: Ərəbistan rejimi vəliəhdi bu cinayətləri törətmək üçün sərbəst olmamalıdır. Ona qarşı və bu rejimin yüksək səviyyəli komandanlarına qarşı sanksiyalar tətbiq olunmalıdır.
Akşaya Kumar bildirib: Bin Salman daxildə islahatlardan danışmaqla xaricdəki təxribatçılığını ört-basdır etməməlidir.
Yəmənə hücum qərarı 2015-ci mart ayında, eləcə də səudiyyəli şahzadələrin həbsinə dair qərar ötən noyabrda Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd Bin Salman tərəfindən verilib.
Ərəbistanın Yəmənə hərbi təcavüzü indiyə qədər 13 mindən çox yəmənlinin həlak olması, on minlərlə nəfərin yaralanması, milyonlarla yəmənlinin didərgin düşməsi və bu ölkə infrastrukturlarının məhv olması ilə nəticələnmişdir.