Qətər dünya ictimaiyyətinin qətiyyətli mövqe sərgiləməsini istədi
Qətər hökuməti dünya ictimaiyyətinin Fələstin xalqını dəstəkləməsi və sionist rejimin təcavüzləri ilə mübarizə üçün dərhal qətiyyətli mövqe sərgiləməsini istəyib.
Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, Qətərin ədliyyə naziri və hökumətin müavir naziri Həsən Bin Ləhdan Həsən Məhəndi çərşənbə günü Dohada Nazirlər Kabinetinin iclasından sonra İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının yekun bəyannaməsini dəstəkləyib və bildirib: Bu bəyannamə ABŞ prezidenti Donald Trampın Qüds haqda son qərarı ilə mübarizənin yol xəritəsini müəyyənləşdirdi və müsəlman xalqların emossiyalarını bəyan etdi.
İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının zirvə toplantısı 13 dekabrda ABŞ prezidentinin qərarı ilə mübarizə məqsədilə Türkiyənin İstanbul şəhərində keçirildi.
Qətərnin Nazirlər Kabineti də Misirin BMT Təhlükəsizlik Şurasına təklif etdiyi qətnamənin təsdiqlənməməsindən təəssüflənərək ümidvarlıq edib ki, Trampın Qüds haqda qərarına qarşı dünya ictimaiyyətinin mövqeyi Qüds-Şərifin paytaxtlığı və müstəqil Fələstin dövlətinin təşkil olunması ilə nəticələnəcəkdir.
ABŞ 18 dekabrda veto hüququndan istifadə edərək BMT Təhlükəsizlik Şurasının 14 üzvünün lehinə səs verməsinə rəğmən Misirin Qüds haqda təklif etdiyi qətnaməni bloklayıb.
Misirin təklif etdiyi qətnamə Qüdsün statusunun dəyişdirilməsi üzrə hər hansı qərarı ləğv edir və bütün ölkələrdən öz səfirliklərini Qüdsə köçürməkdən çəkinmələrini istəyirdi.
BMT Baş Assambleyası Türkiyə və Yəmənin Qüds haqda müraciətinə əsasən bu gün iclas təşkil edəcək.