İşğal olunmuş ərazilərdə aksiyalarda 81 fələstinli yaralanıb
Fələstin Qırmızı Aypara Cəmiyyəti bildirib ki, sionist rejim hərbçiləri işğal olunmuş Fələstində azı səksən bir fələstinlini yaralayıblar.
Fələstin Qırmızı Aypara Cəmiyyəti qarşıdurmaların ağır olduğuna görə yaralıların sayının arta biləcəyini proqnoz edib. İordan çayının qərb sahilinin müxtəlif bölgələrində, o cümlədən əl-Xəlil, Beyt-Ləhmdə və Qələndiya keçidində sionist hərbçilər fələstinlilərə hücum ediblər. Qələndiyada sionist rejimin snayperləri yerləşdiriliblər. Qəzzə zolağının sərhəd bölgələri və işğal olunmuş Fələstin əraziləri qarşıdurmaların şahididir.
Minlərlə fələstinli işğal olunmuş Qüds şəhərinin girişlərində ABŞ prezidenti müavininin işğal olunmuş ərazilərə səfəri əleyhinə yürüş keçirib. Fələstində ictimai təzyiqlər nəticəsində ABŞ rəsmisi Yaxın Şərqə səfərini ləğv etməyə məcbur olub. Beyt-Ləhm və Ramullahın Qüdsə birləşən yollarında da irimiqyaslı yürüş keçirilib.
Fələstin vətəndaşı deyib: ABŞ tam şəkildə İsrailin istəyinə uyğun addım atır. Amma hər ikisi bilməlidir ki, istədikləri heç vaxt reallaşmayacaq və Qüds Fələstinin əbədi paytaxtıdır.
Başqa bir fələstinli deyib: Fələstin xalqının dəmir iradəsi davam etməlidir. Hamı birləşməlidir və intifazəni genişləndirməlidir. Tramp və işğalçılar əleyhinə real intifazəyə şərait yaratmaq lazımdır.
Sionist ordu fələstinliləri repressiya etmək üçün saysız qüvvəni qarşıdurma bölgələrinə ezam edib. Belə ki, bu hücumlarda onlarla fələstinli yaralanıb. İşğalçılar həmçinin Qələndiya, əl-Xəlil və Beyt-Ləhmə basqın ediblər və fələstinlilərə gözyaşardıcı qaz və güllə ilə atəş açıblar.
ABŞ-ın son qərarına fələstinlilərin etirazlarının davamında, Qəzzədə də fələstinlilər irimiqyaslı yürüş təşkil edərək bu qərarı bir daha pisləyib və bildiriblər ki, qərarın icrasına mane olmaq üçün hər bir vasitədən istifadə edəcəklər.
Fələstinli etirazçının sözlərinə görə, bu günlərdə İordan çayının qərb sahili və Qəzzə zolağında təmas xəttində şiddətlənməsinin şahidi olduğumuz sionist ordu ilə qarşıdurmalar Fələstində ABŞ-ın qərarına qarşı ictimai addımlar və fəaliyyətlərin bir hissəsidir. Fələstin xalqının yeni intifazəsi də elə bu məqsədlə başlanıb. Bundan əlavə, həm Fələstin xalqı, həm də Özünüidarə Təşkilatı faciəvi Oslo sazişi və İsraillə təhlükəsizlik sazişlərinə etina etməməlidirlər.
Bu yürüş iştirakçıları bildiriblər ki, ABŞ-ın Təhlükəsizlik Şurasının qətnaməsini bloklaması İsraili tam dəstəkləməyin bariz nümunəsidir. Buna görə, ərəb və islam ümməti ABŞ-ın bu qərarı qarşısında müqavimət göstərməlidir.
Başqa bir fələstinli deyib: Fələstin xalqından Qüds İntifazəsini davam etdirmələrini istəyirik. Eyni zamanda İsraillə sazişin qaranlıq tunelindən çıxmalı və İsraili rəsmən tanımamalıyıq. Həmçinin ərəb və islam ölkələrindən ABŞ səfirlərini qovmalarını və ABŞ-la bütün hərbi, iqtisadi və ticarət mübadilələrini dayandırmalarını istəyirik.