İsmayıl Həniyyə: Qüds qətnaməsinin BMT Baş Assambleyasında qəbul edilməsi haqqın qələbəsi idi
Fələstinin İslamçı Müqavimət Hərəkatının siyasi bürosunun sədri İsmayıl Həniyyə Qüds qətnaməsinin BMT Baş Assambleyasında təsdiq edilməsini "haqq, ədalət və tarix"in qələbəsi adlandırıb.
İRNA-nın məlumatına görə, Fələstinin İslamçı Müqavimət Hərəkatının siyasi bürosunun sədri cümə axşamı bir bəyanat yayaraq, Qüds qətnaməsinin BMT Baş Assambleyasında qəbul edilməsi haqda deyib: Bu qətnamə sübut etdi ki, qanun qarşısında təhdid faydasızdır. Və prinsiplər maraqlardan daha üstündür.
İsmayıl Həniyyənin dediyinə görə, BMT-nin Baş Assambleyasında Qüds qətnaməsinin lehinə səs verənlər ABŞ-ın hegemonçuluğu və zorakılıq siyasətləri ilə müxalif olan dünyanın azad xalqlarının tələbini yerinə yetiriblər.
Həmas-ın siyasi bürosunun başçısı həmçinin, ABŞ hökumətindən dünya ictimaiyyəti və beynəlxalq birliyin iradəsinə hörmət və Qüdslə bağlı fələstinlilərə qarşı olan qərarını ləğv etməsini istəyib.