İsrail hərbçiləri "qəzəb cüməsi"ndə fələstinlilərə hücum ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i290013-İsrail_hərbçiləri_qəzəb_cüməsi_ndə_fələstinlilərə_hücum_ediblər
Fələstinlilər "qəzəb cüməsi"ndə ABŞ əleyhinə aksiya keçiriblər. İsrail hərbçiləri isə aksiya iştirakçılarına hücum edərək, onlara tərəf atəş açıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 22, 2017 16:28 Asia/Baku
  • Fələstində
    Fələstində "Qəzəb Cüməsi"

Fələstinlilər "qəzəb cüməsi"ndə ABŞ əleyhinə aksiya keçiriblər. İsrail hərbçiləri isə aksiya iştirakçılarına hücum edərək, onlara tərəf atəş açıblar.

Qəzzə zolağında sionist hərbçilərin atəş açması nəticəsində bir fələstinli gənc şəhid olub.

Fələstinlilər artıq üçüncü cümədir ki, Qəzzə zolağı və Qərb Sahilində ABŞ əleyhinə aksiya keçirərək, bu ölkə prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanımasına etiraz edirlər.

İsrail hərbçiləri isə aksiya iştirakçılarını dağılışmağa məcbur etmək üçün onlara qarşı gözyaşardıcı qaz və plastik güllələrdən istifadə edirlər. İndiyə kimi bu etiraz aksiyalarında onlarla fələstinli şəhid olub və yaralanıb.