Dek 22, 2017 19:58 Asia/Baku
  • 
İraq elatlarının Qüdsü himayə konfransı
    İraq elatlarının Qüdsü himayə konfransı

İraq elatları şeyxləri ABŞ prezidenti Donald Trampın Qüdsü İsrail rejiminin paytaxtı olaraq tanımasını qəbuledilməz adlandırıblar.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, İraqın elat şeyxlərindən olan yüzlərlə nəfər cümə günü Qüdsü himayə üzrə konfrans təşkil edərək, bildiriblər: Qüds müsəlmanların olaraq qalacaq və fələstin xalqını dəstəkləməyənlər tarixin zibilliyinə qovuşacaqlar.

Fələstinin İRaqdakı səfiri Əhməd Əql də bu konfransda çıxış edərək, deyib: Vahid və güclü İraq Fələstin üçün böyük dayaq və arxa ola bilər.

ABŞ prezidenti Donald Tramp 6 dekabrda Qüdsü İsrailin paytaxtı olaraq tanıdığını elan edərək, ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi barədə göstəriş verib.

Teqlər