Sionist rejim fələstinli etirazçılarla mübarizədə zəhərli qazdan istifadə edir
-
Sionist rejim fələstinli etirazçılarla mübarizədə zəhərli qazdan istifadə edir
Sionist rejimin Qəzzədə və qərb sahilində fələstinli aksiyaçılarla mübarizə üçün naməlum zəhərli qaz növündən istifadə etməsinin ardınca bir qrup aksiyaçı ağır şəkildə zərər çəkərək, koma vəziyyətinə düşübdür.
Fələstin səhiyyə nazirliyinin sözçüsü dünən axşam deyib ki, bir qrup fələstinli etirazçı naməlum zəhərli qaz növü ilə tənəffüs nəticəsində xəstəxanaya düşübdür.
Fələstinli məsul şəxs qeyd edib ki, sionist hərbçilər fələstinli aksiyaçılarla son qarşıdurmalarda yeni və tanınmamış zəhərli qazdan istifadə ediblər.
İnformasiya vasitələrinin məlumatlarına görə, cümə günü Qəzzə zolağında sionist hərbçilərlə fələstinli aksiyaçılar arasında gedən ağır döyüşlərdə iki fələstinli şəhid olub, təqribən 150 nəfər də yaralanıbdır.
Dünən həmçinin fələstinlilərin ABŞ prezidentinin Qüdsü sionist rejimin paytaxtı kimi tanımaq üzrə hərəkətinə qarşı hiddəti və etirazı üzrə üçüncü cümədə yüzlərlə nəfər Qəzzədə və qərb sahilində gözyaşardıcı qaz ilə tənəffüs nəticəsində bədən xəsarəti alıbdır.
Fələstinlilərin aksiyası elə bir halda keçirilir ki, son zamanlar BMT-nin Baş Assambleyasında Trampın Qüdsü sionist rejimin paytaxtı kimi tanımaq qərarına qarşı qətnaməni 128 ölkə qəbul edibdir.