Səud başçıları bir şahzadənin azadlığı üçün 6 milyard dollar istəyirlər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i290103-səud_başçıları_bir_şahzadənin_azadlığı_üçün_6_milyard_dollar_istəyirlər
Səud başçıları Ərəbistanda ən varlı şahzadə olan Vəlid bin Təllalın azadlığı üçün ondan minimum altı milyard dollar tələb ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 23, 2017 14:26 Asia/Baku
  • Səud başçıları bir şahzadənin azadlığı üçün 6 milyard dollar istəyirlər
    Səud başçıları bir şahzadənin azadlığı üçün 6 milyard dollar istəyirlər

Səud başçıları Ərəbistanda ən varlı şahzadə olan Vəlid bin Təllalın azadlığı üçün ondan minimum altı milyard dollar tələb ediblər.

Vəlid bin Təllal Twitter, Si.Ti. Qrup və Lift kimi beynəlxalq təşkilatlar, dörd fəsilli otellər, Apple kompüter şirkəti, Foks 21-ci əsr filmqayırma şirkəti və Yaxın Şərqdə çoxlu sayda süni peyk telekanallarının böyük bir hissəsinə nəzarət edir. O, həm də Nyu-Yorkda yerləşən "Manhattan Plaza" və Parisdə yerləşən "Beşinci Corc" otellərinin sahibidir.

Forbis müəssisəsinin məlumatına görə. bu 62 yaşlı səud şahzadəsi həmçinin Ərəbistan krallığının təqribən on milyard dollarlıq paylarının 95 faizinin, eləcə də 18 milyarddan yuxarı dəyərə malik olan bir iqtisadi və ticari şəbəkənin sahibidir.

Səud rejimi noyabrın on birində Vəlid bin Təllalı on bir digər şahzadə, dörd hazırkı nazir və onlarla keçmiş nazirlə yanaşı, pulyuma və korrupsiya ittihamları ilə həbs edib və maliyyələrini müsadirə edəndən və dondurandan sonra hazırda onlardan bac almaq ardıncadır.

Səudların iri hərbi xərcləri, Yəmən savaşının xərcinin təmini və 2018-ci il büdcəsinin 20 faizlik kəsri Ərriyad başçılarını bu ölkə şahzadələrinin maliyyələrini dondurmağa məcbur edibdir.