Dek 24, 2017 18:04 Asia/Baku
  • Bağdadın cənubunda partlayış olub
    Bağdadın cənubunda partlayış olub

İraq paytaxtı Bağdadın cənubunda bomba partlayışı nəticəsində 6 nəfər həlak olub və ya yaralanıb.

Mehr İnformasiya Agentliyinin məlumatına görə, partlayış Bağdadın cənubunda baş verib. Nəticədə bir sivil həlak olub, 5 nəfər də yaralanıb.

İraqın bəzi təhlükəsizlik dairələri İŞİD ünsürlərinin bu partlayışı törətdiyini bildiriblər.

İraqda İŞİD terror qruplaşmasının fəaliyyətinə son qoyulsa da, hələ də bu qruplaşmanın ünsürləri İraqın bəzi bölgələrindədirlər və pərakəndə şəklində terraktlar törədirlər.

Teqlər