Bəhreynə hakim rejim həqiqətləri gizlətmək üçün qəribə metod seçib
Bəhreyn parlamentinin sabiq üzvü deyib: Sivillərin Ali-Xəlifə rejimi hərbi tribunallarında mühakimə olunması həqiqəti gizlətməyə və ağır qərarlar verilməyə cəhddir.
Mehr İnformasiya Agentliyinin məlumatına görə, vətəndaşlığı ləğv edilmiş Bəhreyn parlamentinin sabiq deputatı və Əl-Vifaq cəmiyyətinin üzvü Calal Firuz əlavə edib: Ali-Xəlifə rejimi Bəhreyni böyük hərbi bazaya çevirmək niyyətindədir.
Əl-Vifaq Cəmiyyətinin üzvü həmçinin Səudiyyə Ərəbistanı, ABŞ və İngiltərənin Ali-Xəlifə rejiminə dəstəyinə toxunub və deyib: Bu rejim Bəhreyndə repressiyaları davam etdirir. Lakin bu hərəkətlərindən heç bir nəticə əldə etməyəcək.
Bəhreyn kralı Həməd Bin İsa Ali-Xəlifənin hərbi tribunallarda sivillərin mühakimə olunması ilə razılaşması ardınca, bu rejim məsulları qeyri-hərbi müttəhimləri mühakimə etmək üçün hərbi tribunallara göndərirlər.