İsmail Hənyə: Amerika Fələstin məsələsini məhv etmək istəyir
Həmas Hərəkatının siyasi bürosunun rəhbəri deyib ki, ABŞ dövləti islam ümməti ilə düşmən olduğuna görə, Fələstin məsələsini məhv etmək və regionun mentaliteti və quruluşunu dəyişmək istəyir.
Əl-Məyadin telekanalının verdiyi məlumata görə, İsmail Həniyə bu gün Qəzzə zolağında qəbilə şeyxləri ilə bu hərəkatın rəhbərlərinin iclasında deyib: ABŞ prezidenti Donald Trampın Qüdsü sionist rejimin paytaxtı tanıması Fələstin xalqına və ərəb və islam ümmətinə açıq-aşkar təcavüzdür.
Həniyə deyib: Sionist başçıların son günlərdəki təkrar sözləri Fələstin məsələsinə qarşı məkirli planın mahiyyətini ifşa edir, onlar İordan çayının qərb sahilində 300 min yeni yaşayış mənzilinin inşasından söhbət açırlar bu sionist rejimin saxta mahiyyətini göstərir.
Həniyə deyib: Böyük Qüds adlanan plan, İordan çayının qərb sahilində yaşayış binalarının inşası və israil qanunlarının icrası, Amerikanın Fələstin məsələsini məhv etmək istiqamətindəki məkirli planları çərçivəsində baş verir.