Səudiyyənin hücumlarında mülkilər ölüb
-
Səudiyyənin hücumlarında mülkilər ölüb
Səudiyyə Ərəbistanının yəmənli mülkilərə qarşı hava hücumlarının davamında Əccuf vilayətinin Əl-Mətmə şəhərində iki yəmənli ölüb.
İRİB-in verdiyi məlumata görə, təcavüzkar səudiyyə qırıcıları bu gün Cof vilayətində Əl-Mətmə şəhərinə hücumda yükdaşıyan bir avtomobili hədəf alıblar və nəticədə iki yəmənli ölüb.
Səudiyyə qırıcıları Razeh rayonunun Əl-Əzhur bölgəsini də bombalayıblar.
Yəmən inqilabı ali komitəsinin sədri Məhəmmədəli Həusi dünən Səudiyyə Ərəbistanının Yəmənin müxtəlif bölgələrinə hava hücumarına münasibət bildirərkən demişdi ki yəmənli mülkinin qırğın edilməsi təcavüzkarların işinin bitməsinə təkiddir.
Eyni zamanda müştərək yəmənli qüvvələr Cəuf vilayətində səudiyyə muzdlularının toplaşdıqları əraziləri bombalayaraq bir neçə muzdlunu öldürüb yaxud yaralayıblar.
Səudiyyə Ərəbistanı 2015-ci il mart ayında ABŞ-ın dəstəyi ilə Yəmənə qarşı hərbi müdaxilə etmiş, bu ölkəni quru, dəniz və havadan mühasirəyə almışdır. Səudiyyə Ərəbistanının təcavüzləri nəticəsində Yəməndə indiyədək on minlərlə insan ölüb və yaralanıb və milyonlarla yəmənli didərgin həyatı yaşamalı olub.
Səudiyyə rejimi və Amerika Yəmən xalqının müqavimətinə görə öz adamlarını Yəməndə hakimiyyətə gətirmək niyyətlərinə nail olmayıblar.