Dek 29, 2017 20:35 Asia/Baku
  • Qarşıdurmalarda 39 fələstinli yaralanıb
    Qarşıdurmalarda 39 fələstinli yaralanıb

İordan çayının qərb sahilinin müxtəlif şəhərləri və Qəzzə zolağı bu gün ABŞ prezidenti Donald Trampın Qüds haqda qərarına etiraz olaraq dördüncü cümə ardıcıl olaraq qəzəb aksiyalarının şahidi olub.

Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, Fələstinin müxtəlif vilayətlərində keçirilən bu aksiyalar sionist rejim hərbçilərinin müdaxiləsi ilə insidentlə nəticələnib. Qüds, Ramullah, əl-Birə, əl-Xəlil, Nablos, Qilqiliyə, Selfit şəhərləri və Qəzzə zolağı irimiqyaslı aksiyaların şahidi olub. Sionist hərbçilər aksiyaları yatırmaq üçün güllələr və gözyaşardıcı qazlardan istifadə ediblər. 

Fələstinin Qırmızı Aypara Cəmiyyəti ilk məlumatında İordan çayının qərb sahili və işğal olunmuş Qüdsdə bu hadisələrin yaralılarının sayını 35 nəfər elan edib. Bu yaralılar arasında 15 nəfərə birbaşa atəş açılıb. 20 nəfər də gözyaşardıcı qaz nəticəsində boğulma ilə üzləşib. 

Qəzzə zolağındakı qarşıdurmalarda da 4 fələstinli güllə yarası alıb, 15 nəfər də boğulma ilə üzləşib. 

Teqlər