Qəssam batalyonları sionist rejimə xəbərdarlıq edib
Dek 30, 2017 18:19 Asia/Baku
-
Qəssam batalyonları sionist rejimə xəbərdarlıq edib
Fələstin İslami Müqavimət Hərəkatının (Həmas) hərbi qolu olan İzzəddin Qəssam batalyonları sionist rejimə xəbərdarlıq edib ki, fələstinlilərə qarşı cinayətlərini davam edərlərsə sionist sakinli qəsəbələrə hücum ediləcək.
İRNA-nın verdiyi məlumata görə, İzzəddin Qəssam batalyonları bir tvittdə yazıb: Sionist rejim fələstinlilərə qarşı zülm və zorakılığı dayandırmazsa, sionist şəhərcik sakinləri təhlükə siqnalını tez-tez eşitməli olacaqlar.
Sionist rejim hava qüvvələrinin hərbi təyyarələri dünən Qəzzənin şərqində müqavimət bazasını bombalayıblar. Sionistlərin bir tankı da Qəzzənin şərqində fələstinlilərə hücum ediblər.