Məzar-Şərif partlayışında yaralıların sayı elan olunub
-
Məzar-Şərif partlayışında yaralıların sayı elan olunub
Əfqanıstanın Bəlx vilayətindəki təhlükəsizlik və xəstəxana mənbələri bu vilayətin mərkəzi olan Məzar-Şərif şəhərində bomba partlayılşı nəticəsində on bir nəfərin yaralanmasından xəbər veriblər.
Məzar-Şərif polisinin rəsmiləri bildiriblər ki, dünənki partlayışda yaralananlardan ikisi polis olubdur.
Polis rəsmilərinin sözlərinə görə, naməlum şəxslər bombanı polis avtomobilnin içərisinə yerləşdirərək, onu Məzar-Şərif şəhərinin xəstəxanası qarşısında partladıblar.
Tibb mənbələri də bu partlayışda yaralananlardan bəzilərinin vəziyyətinin ağır olduğunu bildiriblər.
İndiyədək heç bir qrup bu hücumun məsuliyyətini üzərinə götürməyibdir.
Üç gün bundan öncə də Əfqanıstanın paytaxtı Kabildə baş verən ardıcıl partlayışlar nəticəsində əllidən çox insan dünyasını dəyişmiş və onlarla nəfər də yaralanmışdı.