Dek 31, 2017 20:11 Asia/Baku
  • Əfqanıstandakı terror hücumunda 15 nəfər öldürülüb
    Əfqanıstandakı terror hücumunda 15 nəfər öldürülüb

Əfqan rəsmilər Əfqanıstanın şərqindəki Nəngərhar vilayətində partlayış nəticəsində azı on beş nəfərin ölməsindən xəbər veriblər.

Nəngərhar vilayətinin sözçüsü Ətaullah Xugiyani bazar günü deyib ki, bu terror hücumu bu vilayətin mərkəzi olan Cəlalabad şəhərindəki yerli bir şəxsin dəfn mərasimi zamanı həyata keçirilib.

Şahidlər deyiblər ki, bir terror amili öz partlayış gödəkçəsini camaat arasında partladıbdır.

İndiyədək bir kəs bu hücumun məsuliyyətini üzərinə götürməyibdir.

Teqlər