Yan 01, 2018 18:11 Asia/Baku
  • Amerikalı hərbçilərin İraqdan çıxmasının ildönümü şənliyi
    Amerikalı hərbçilərin İraqdan çıxmasının ildönümü şənliyi

İraqlılar amerikalı hərbçilərin 2003-cü ildə hücumdan sonra bu ölkədən çıxmasının ildönümünü şənlik ediblər.

Press TV-nin məlumatına görə, iraqlılar amerikalı hərbçilərin bu ölkədən çıxmasının ildönümü şənliyində Vaşinqtondan 5 min hərbçisini də İraqdan çıxarmasını istəyiblər.

Bu amerikalı hərbçilər 2014-cü ildə İŞİD-lə mübarizə bəhanəsi ilə İraqda yerləşdirilmişdilər.

Press TV-nin Bağdaddakı müxbiri bildirib: Təxminən 6 il öncə Vaşinqton minlərlə iraqlının həlak olmasına səbəb olan İraqı bir dekada işğaldan sonra öz hərbçilərinin çıxarılmasına başladı.

ABŞ 2003-cü il mart ayında İraqa hücum etdi.

ABŞ İraqda militarizminin zirvəsində yəni 2007-ci il noyabr ayında bu ölkədə 170 mindən çox hərbçi yerləşdirmişdi.

Bir İraq vətəndaşı deyib: Bir İraq vətəndaşı olaraq, bu gün mənim üçün sevindirici gündür. Çünki bu gün işğalçı amerikalı hərbçilərin ölkədən çıxmasının ildönümü günüdür. Amma narahat edən məsələ budur ki, biz hələ də o hücumun mənfi nəticələri ilə qarşılaşmaqdayıq.

Belə bir gündə İraqın müqavimət qrupları hələ də bu ölkədə saxlanılan təxminən beş min amerikalı hərbçinin çıxarılmasını tələb ediblər.

İŞİD-in İraqın şimal və qərb bölgələrinə doğru irəliləmələri ilə Vaşinqton bu hərbçiləri İraqa ezam eetdi.

İraqın bəzi müqavimət qrupları ABŞ bu məsələdə əlinin olmasında suçlayıblar.

Kətaib Əhlül-Həqq batalyonunun komandanı Qeys əl-Xəzəli deyib: ABŞ-ın hərbi əməliyyatının məğlubiyyəti və İraq və bölgədə firqə müharibəsini başlamağa dair məkrli planda uğursuzluğu səbəb oldu ki, Vaşinqton naməlum plan adı ilə İŞİD planını ortaya atsın. 

İraqlılar bu gündə həmmçinin 2017-ci ilin sona çatmasını şənlik ediblər. Həmin ildə İraq İŞİD terror qruplaşmasını məğlub etdi və Suriya ilə bütün sərhəd bölgələrə nəzarəti ələ keçirdi. İraq baş naziri Heydər əl-İbadi vəd edib ki, 2018-ci il korrupsiya ilə mübarizə ili olacaqdır.

O deyib: Bizim qəhrəman qüvvələrimiz öz tapşırıqlarını yekunlaşdırdılar. Amma hal-hazırda vəzifəmiz bu qələbəni qorumaq və aramızda ixtilafın yaranmasına imkan verməməkdir.

Bizim qarşıda çoxlu problemlərimiz vardır. Birliyi və dövlətçiliyimizi qorumaq istəyiriksə, bu problemlərə qalib gəlməliyik. İraqlıların yeni milad ilini qeyd etdikləri bir halda, İraq dağıdılmış bölgələrin bərpası, ölkə daxilində didərgin düşən insanların öz yurdlarına qayıtması və İraqın kürd muxtariyyəti ilə problemlərin həll olunması kimi bir sıra problemlərlə üzləşmişdir.

Bir çoxları deyir ki, əcnəbilərin İraqın daxili məsələlərinə müdaxiləsinin qarşısını almaq bu ölkədə problemlərin həlli üçün açar amillərdən biri hesab olunur.

 

Teqlər