Səud qırıcılarının hücumlarında onlarla yəmənli ölüb və yaralanıb
Yan 01, 2018 19:06 Asia/Baku
-
Səud qırıcılarının hücumlarında onlarla yəmənli ölüb və yaralanıb
Təcavüzkar səud qırıcıları Yəmənin Əhudəydə vilayətinin Curahi rayonundakı izdihamlı bir bazarın kənarında yerləşən yanacaqdoldurma məntəqəsini bombalayıblar. Nəticədə 28 nəfər ölüb və yaralanıbdır.
Ehtimal üzrə bu hücumlarda həlak olanların sayı artacaq.
Yəmənin ordu və xalq komitələri qüvvələri də Ərəbistanın təcavüzkar hücumlarına cavab olaraq, üç hərbi əməliyyatda muzdurların Məslub şəhərindəki Əlğərəfə məntəqəsi, Əlğəill şəhərindəki "Vadiyi Şəvaq" məntəqəsi, Əlmətun şəhərindəki "Uruq Ələbid" məntəqəsi, eləcə də bu ölkənin şimalında yerləşən Əlcuf vilayətində muzdurların mövqelərinə hücum edərək, onların bir qrupunu öldürüb və yaralayıblar.