Sionist rejim ordusu qərb sahilinə basqın edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i290981-sionist_rejim_ordusu_qərb_sahilinə_basqın_edib
Fələstinli mənbələr sionist hərbçilərin qərb sahilinin müxtəlif məntəqələrinə qarşı basqınından və çoxlu sayda fələstinlinin həbs olunmasından xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 01, 2018 18:03 Asia/Baku
  • Sionist rejim ordusu qərb sahilinə basqın edib
    Sionist rejim ordusu qərb sahilinə basqın edib

Fələstinli mənbələr sionist hərbçilərin qərb sahilinin müxtəlif məntəqələrinə qarşı basqınından və çoxlu sayda fələstinlinin həbs olunmasından xəbər veriblər.

Sionist hərbçilər bu gün Tulkərm, Nablus, Qüds və Əlxəlil daxil olmaqla qərb sahilinin müxtəlif məntəqələrinə qarşı geniş hücumlar edərək, 26 fələstinlini həbs ediblər.

Fələstin parlamentinin üzvü Nasir Əbdulcavad da, bu gün səhər həbs olunmuş fələstinlilər arasındadır.

Sionist hərbçilərin Tulkərmə qarşı hücumunda, onlarla bu şəhər əhalisi arasında kəskin döyüşlər baş verib.

Sionist rejim ordusu müxtəlif bəhanələrlə qərb sahilinin müxtəlif məntəqələrinin şəhər və kəndlərinə hücum və vətəndaşları, xüsusən fələstinli gəncləri həbs edir.

Fələstinli əsirlərin işləri üzrə mərkəzin bildirdiyinə görə, 2017-ci ildə altı mindən çox fələstinli sionist hərbçilər tərəfindən həbs olunubdur.