Yəmənlilər Səudiyyə muzdlularını öldürüblər
Yan 02, 2018 14:27 Asia/Baku
-
Yəmənlilər Səudiyyə muzdlularını öldürüblər
Yəmən ordusu və xalq komitəsi qüvvələrinin Səudiyyə Ərəbistanının cənubunda Ceyzan vilayətində Səudiyyə muzdlularının mövqelərinə qarşı hücumunda bir neçə muzdlu ölüb və yaralanıb.
İRİB-in verdiyi məlumata görə, Yəmənli qüvvələrin bu ölkənin şimalında yerləşən Əl-Əbid bölgəsinə qarşı qəfil hücumunda da bir neçə muzdlu ölüb və yaralanıb.
Səudiyyə təcavüzkar qüvvələri isə Yəmənə qarşı cinayətlərinin davamında Məcazə və Ərrəbuə bölgələrinə 4 dəfə hücuma keçiblər.
Səudiyyə qırıcıları həmçinin Əssədad, Təxiyyə, Baqim və Məciz bölgələrinə qarşı da 8 dəfə hava hücumu həyata keçiriblər.