Səudiyyə təcavüzkarlarının Yəmənə hücumunda 10 min insan ölüb
-
Səudiyyə təcavüzkarlarının Yəmənə hücumunda 10 min insan ölüb
Yəmənin Səhiyyə Nazirliyi Səudiyyə Ərəbistanının bu ölkəyə qarşı hərbi hücumlarının başlanğıcından indiyədək 10 min 363 yəmənlinin həlak olmasından xəbər verib.
Əl-Məyadin telekanalının verdiyi məlumata görə, Yəmənin Səhiyyə Nazirliyi deyib: Yəmənli həlak olanlar arasında 2 min 66 uşaq və min 574 qadın var.
Bu məlumata görə, 2015-ci il mart ayında Səudiyyə Ərəbistanının Yəmənə hücumundan sonra yaralıların sayı 21 min 233 nəfərə çatıb və onların 5 min 500 nəfərini qadın və uşaqlar təşkil edir.
Həmçinin 2 min 50 yəmənli də Səudiyyə Ərəbistanının hücumları nəticəsində əlil olub.
Yəmənin səhiyyə rəsmiləri eyni zamanda bu ölkədə insani faciə barədə xəbərdarlıq edərək bildiriblər ki, təcavüzkar Səudiyyə koalissiyasının hücumları Yəmənin 18 rayonunda difteriya xəstəliyinin yayılmasına səbəb olub və Yəmənin mühasirəsi 2 milyon uşağın aclıqdan əziyyət çəkməsinə gətirib çıxarıb.