Yan 02, 2018 18:54 Asia/Baku
  • Sionist parlamentdə
    Sionist parlamentdə "Vahid Qüds" qanunu qəbul edilib

ABŞ prezidentinin Qüdsü sionist rejimin paytaxtı elan etməsindən sonra sionist rejim parlamenti bu gün "Vahid Qüds" qanununu qəbul edib.

İRNA-nın verdiyi məlumata görə, ərəb mediyaları bildiriblər ki, sözü gedən qanun sionist rejimin Qüdsün hətta bir hissəsi barədə belə müzakirə aparmasına qarşı çıxır və sadəcə parlamentin üçdə iki hissəsinin səsi ilə qəbul ediləcək layihənin icrası mümkün ola bilər. 

Bu qanun " Qüdsün bölünməsinə qadağa" yaxud " Vahid Qüds" adlanır. 

Bu layihə öncə sionist rejimin nazirlər kabinetinin qanunvericilik komitəsi tərəfindən qəbul olunmuşdu.

ABŞ prezidenti Donald Tramp 2017-ci il 6 dekabrda Qüdsü saxta sionist rejimin paytaxtı tanıdı.

Trampın bu qərarına qarşı geniş etirazlardan sonra BMT baş Assambleyası 128 lehinə səslə bir qətnamə qəbul etdi ki həmin qətnaməyə əsasən Birləşmiş Millətlər Təşkilatı Qüdsü sionist rejimin paytaxtı tanımayacaq. 

Teqlər