Sionist rejim yüzlərlə mənzil inşa etmək istəyir
Yan 02, 2018 17:20 Asia/Baku
Sionist rejimin mənzil nazirliyi İordan çayının qərb sahilində yerləşən yeni Ariyel qəsəbəsində yüzlərlə yaşayış mənzilinin inşası qərarından xəbər verib.
Fələstin informasiya mərkəzinin verdiyi məlumata görə, İsrailin mənzil naziri Yoav Qalant Ariyel qəsəbəsində yüzlərlə yaşayış mənzilinin və bir idman kompleksinin inşası və bu qəsəbə universitetinin genişləndirilməsi barədə göstəriş verib.
Qalant Ariyel qəsəbəsinə baxışı zamanı bu şəhərin sionist sakinlərinin sayını iki dəfə artıracağını demişdi.
Sionistlər hər gün fələstinlilərin torpaqlarında yeni qəsəbə layihələri qəbul edirlər halbuki BMT TŞ 2016-cı ildə sionist qəsəbə inşasının dayandırılması barədə qətnamə qəbul edib.
Teqlər