Yan 03, 2018 10:22 Asia/Baku
  • ABŞ fələstinli didərginləri hədələdi

ABŞ prezidenti sionist rejimə dəstəyinin davamında fələstinli didərginləri maliyyə yardımlarını dayandırmaqla hədələyib.

ABŞ-ın Hill portalının məlumatına görə, ABŞ prezidenti Donald Tramp hədələyib ki, fələstinlilər İsrail rejimi ilə sülh müzakirələrinə dönməyəcəkləri halda, Vaşinqtonun fələstinlilərə yardımlarını kəsəcək. 

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Niki Heili də bildirib: Tramp fələstinli didərginlərə dəstək proqramları üçün nəzərdə tutulan büdcəni durdurmaq istiqamətində tezliklə qərar verəcəkdir. 

Heili əlavə edib: Tramp ABŞ-ın Fələstinli Didərginlər üçün BMT-nin humanitar agentliyinə maliyyə yardımını dayandıracaq ki, Fələstin rəsmiləri bir daha İsraillə sülh danışıqları masasına qayıtsınlar. 

Teqlər