Yan 03, 2018 20:20 Asia/Baku
  • İdlibin cənubunda üç kənd azad edilib

Suriyanın şimal-qərbində İdlib vilayətinin cənub istiqamətində müqavimət qüvvələri daha üç kəndə nəzarəti ələ keçiriblər.

Fars Xəbər Agentliyinin məlumatına görə, Suriya ordusu və müttəfiqləri çərşənbə günü İdlibin cənub ətrafında əməliyyatlarını davam etdirib, əl-Təvibə, Rəcəm əl-Məşruf və əl-Xənzir kəndinə nəzarəti ələ alıblar.

Bu arada islam müqavimət qüvvələri İdlib vilayətində əməliyyat keçirməklə Əbu əl-Zuhur hərbi aerportuna çatmaq niyyətindədirlər.

Bazar ertəsi günü də Suriya ordusu İdlibin cənub-şərq ətrafında əl-Xəvin əl-Kəbir kəndini nəzarətə götürmüşdü.

Suriyada böhran 2011-ci ildə regional prosesləri sionist rejimin xeyrinə dəyişmək məqsədilə ABŞ və bəzi qərb və ərəb ölkələrinin dəstəklədiyi terror qruplaşmalarının irimiqyaslı hücumları ilə başlandı. Lakin bu səylər xalq və müqavimət mehvərinin dəstəyinə və terrorçuların məğlubiyyətlə üzləşməsinə səbəb oldu.

Teqlər