Ərəbistanın Yəmənə hücumları davam edir; 9 sivil həlak oldu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i291185-Ərəbistanın_yəmənə_hücumları_davam_edir_9_sivil_həlak_oldu
Səudiyyə Ərəbistanı qırıcı təyyarələrinin Yəmənin qərbində əl-Hüdəydə vilayətinə gecə hücumunda 9 sivil həlak olub, 9 nəfər də yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 04, 2018 07:38 Asia/Baku
  • Ərəbistanın Yəmənə hücumları davam edir; 9 sivil həlak oldu
    Ərəbistanın Yəmənə hücumları davam edir; 9 sivil həlak oldu

Səudiyyə Ərəbistanı qırıcı təyyarələrinin Yəmənin qərbində əl-Hüdəydə vilayətinə gecə hücumunda 9 sivil həlak olub, 9 nəfər də yaralanıb.

Səudiyyə Ərəbistanı qırıcı təyyarələri bundan öncə də Yəmən vətəndaşlarını al-qana boyamışlar. 

Səudiyyə Ərəbistanının Yəmənə hərbi təcavüzü indiyə qədər 13 mindən çox yəmənlinin həlak olması, on minlərlə nəfərin yaralanması, milyonlarla yəmənlinin didərgin düşməsi, Yəmənin infrastrukturunun məhv olması ilə nəticələnmişdir. 

Səudiyyə Ərəbistanının hərbi təcavüzü yoxsul Yəməni ərzaq və dərman preparatlarının çatışmazlığı ilə üzləşdirib və çoxlu xəstəliklərin yayılması ilə nəticələnib.