Səudiyyə Ərəbistanından başqa bir cinayət; Əl-Hüdəydədə 50 nəfər öldü
Yan 04, 2018 20:15 Asia/Baku
Səudiyyə Ərəbistanının Yəmənin qərbində əl-Hüdəydə vilayətinə hava hücumlarında həlak olanların sayı artıb.
İRNA-nın məlumatına görə, Yəmənin yerli tibb dairələri cümə axşamı günü bildiriblər: Səudiyyəli təcavüzkarların əl-Hüdəydə vilayətinin yaşayış massivlərini 9 dəfə bombardman etməsi nəticəsində 50 yəmənli həlak olub, 64 nəfər yaralanıb.
BMT-nin Yəməndəki humanitar məsələlər üzrə koordinatoru Cimmi Makqoldrik bir bəyanat verərək bildirib: Səudiyyə koalisiyasının Yəmənə son hava hücumlarının nəticəsi bu ölkədə insan həyatına tam şəkildə etinasızlıq olduğunu göstərdi.