Yəmənli qüvvələr Ərəbistanı bir ədəd ballistik raket ilə hədəfə alıblar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i291325-yəmənli_qüvvələr_Ərəbistanı_bir_ədəd_ballistik_raket_ilə_hədəfə_alıblar
Yəmən ordusunun raket bölməsi Ərəbistana doğru bir ədəd qısa mənzilli ballistik raketin atılmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 05, 2018 16:53 Asia/Baku
  • Yəmənli qüvvələr Ərəbistanı bir ədəd ballistik raket ilə hədəfə alıblar

Yəmən ordusunun raket bölməsi Ərəbistana doğru bir ədəd qısa mənzilli ballistik raketin atılmasından xəbər verib.

Əl-Məsirə informasiya kanalının cümə gününə olan məlumatına görə, Yəmənli qüvvələrin atdığı ballistik raketin hədəfi Ərəbistan ərazisində hərbi bir məntəqə olub. 

Yəmən ordusunun raket bölməsi 19 dekabr 2017-ci il tarixində Ərəbistanın paytaxtı Ər-Riyad şəhərində yerləşən Yəmamə sarayını bir ədəd "Bürkan H2" ballistik raketi ilə hədəfə almışdı. Bununla da Yəmən ordusu Amerikan-Səudiyyə düşməni ilə mübarizədə yeni mərhələnin başlandığını bildirmişdi. 

Yəmən ordusunun raket böllməsi bir bəyanat yayaraq, ABŞ-ın Ərəbistanı dəstəkləməsinin Yəmən xalqının təcavüzkarlar ilə mübarizədən vaz keçməsinə səbəb olmayacağını , Ərəbistanın Yəmənə olan təcavüzləri zamanı axıdılan qanların cavabsız qalmayacağını elan edib.