BMT sionist rejimin fələstinlilərə qarşı cinayətlərinin davam etməsindən nigarandır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i291419-bmt_sionist_rejimin_fələstinlilərə_qarşı_cinayətlərinin_davam_etməsindən_nigarandır
BMT-nin işğal olunmuş Fələstin ərazilərindəki humanitar işlər üzrə koordinasiya bürosu sionist rejimin fələstinlilərə qarşı hücumları və onları şəhid etməsinin davam etməsindən nigarançılıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 06, 2018 16:41 Asia/Baku
  • BMT sionist rejimin fələstinlilərə qarşı cinayətlərinin davam etməsindən nigarandır
    BMT sionist rejimin fələstinlilərə qarşı cinayətlərinin davam etməsindən nigarandır

BMT-nin işğal olunmuş Fələstin ərazilərindəki humanitar işlər üzrə koordinasiya bürosu sionist rejimin fələstinlilərə qarşı hücumları və onları şəhid etməsinin davam etməsindən nigarançılıq edib.

BMT-nin işğal olunmuş Fələstin ərazilərindəki humanitar işlər üzrə koordinasiya bürosu bir hesabatda bildirib ki, sionist rejim hərbçiləri 2017-ci il dekabrın 19-dan cari milad ilinin yanvar ayının birinədək olan müddətdə qərb sahilində və Qəzzə zolağında on dörd fələstinlini şəhid ediblər.

Bu hesabatda sonra deyilir ki, həmin müddətdə həmçinin yüzlərlə uşaq daxil olmaqla dörd min beş yüz qırx doqquz fələstinli sionist işğalçıların atəşləri nəticəsində yaralanıbdır.

Bundan əlavə, ötən iki həftə ərzində iki yüz on dörd fələstinli də sionist hərbçilər tərəfindən həbs olunubdur ki, onlardan on səkkiz nəfəri uşaq olubdur.