Təl-Əvivdə Netanyahu əleyhinə aksiya keçirilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i291473-təl_Əvivdə_netanyahu_əleyhinə_aksiya_keçirilib
İsrail rejiminin nazirlər kabinetində geniş yayılan korrupsiya əleyhinə Təl-Əvivdə minlərlə nəfərin iştirakı ilə aksiya keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 07, 2018 05:52 Asia/Baku
  • Təl-Əvivdə Netanyahu əleyhinə aksiya keçirilib
    Təl-Əvivdə Netanyahu əleyhinə aksiya keçirilib

İsrail rejiminin nazirlər kabinetində geniş yayılan korrupsiya əleyhinə Təl-Əvivdə minlərlə nəfərin iştirakı ilə aksiya keçirilib.

İRNA-nın sionist mənbələrə istinadla verdiyi məlumata görə, minlərlə nəfər şənbə günü gecə İsrailin baş naziri Benyamin Netanyahunun korrupsiyasına etiraz olaraq, Təl-Əvivdə küçələrə axışıb. Aksiya iştirakçıları korrupsiya əleyhinə şüarlar verərək, korrupsioner rəsmilərin işinə məhkəmə tərəfindən baxılmasını istəyiblər. 

Bu etiraz aksiyasında "korrupsionerlər evinizə dönün" şüarı səsləndirilib. İşğal edilmiş Fələstinin digər şəhərlərində o cümlədən Hayfa və Əfulə şəhərlərində də oxşar aksiyalar təşkil edilib. 

Korrupsiyada ittiham edilən İsrailin baş naziri indiyə kimi bir neçə dəfə istintaqa cəlb edilib. İsrail polisi bir neçə ay öncə baş nazir Benyamin Netanyahunu korrupsiya işi ilə əlaqədar dindirib. Netanyahu yerli və xarici iş adamlarından bir neçə milyon dollar məbləğində rüşvət almaqda və Almaniyadan sualtı qayığın satın alınması üzrə sövdələşmədə özünə yaxın adamların milyonlarla dollar məbləğində rüşvət almalarına şərait yaratmaqda ittiham edilir.