Ərəbistanın məhkəmə orqanı 11 şahzadənin həbs edilməsi xəbərini təsdiq etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i291487-Ərəbistanın_məhkəmə_orqanı_11_şahzadənin_həbs_edilməsi_xəbərini_təsdiq_etdi
Ərəbistanın baş prokuroru paytaxt Ər-Riyadda, krallıq sarayında etiraz aksiyasına başlayan 11 şahzadənin həbs edilməsi xəbərini təsdiq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 07, 2018 07:31 Asia/Baku
  • Ərəbistanın məhkəmə orqanı 11 şahzadənin həbs edilməsi xəbərini təsdiq etdi
    Ərəbistanın məhkəmə orqanı 11 şahzadənin həbs edilməsi xəbərini təsdiq etdi

Ərəbistanın baş prokuroru paytaxt Ər-Riyadda, krallıq sarayında etiraz aksiyasına başlayan 11 şahzadənin həbs edilməsi xəbərini təsdiq edib.

Deyilənlərə görə bu şahzadələr kommunal xərclərinin ödənilməsinin durdurulmasına etiraz olaraq aksiya keçirirmişlər. 

Səudiyə Ərəbistanı dünyanın ən iri neft ixracatçısı olaraq son zamanlar yeni islahatlara başlayıb. Bu islahatlar krallıq ailəsinin üzvləri və şahzadələr üçün nəzərdə tutulmuş güzəştlərin ləğv edilməsi, onlardan əlavə vergilərin alınması kimi məhdudiyyətləri əhatə edir. 

Deyilənlərə görə, bu islahatlar dünya bazarında neftin ucuzlaşmasından yaranan büdcə kəsrinin doldurulması məqsədini daşıyır. Ərəbistanın 2018-ci il üçün nəzərdə tutduğu büdcə 52 milyard dollarlıq kəsrlə yanaşıdır. 

Amma, siyasi analitiklər Ərəbistanda cərəyan edən hazırkı prosesin daha çox Yəmən müharibəsinin ağır xərcləri və Amerikadan iri həcmdə silah alınmasının nəticələri hesab edirlər. 

Ərəbistan kralının vəliəhdi Məhəmməd bin Salman qüdrət sahibi olduğu zamandan rəqiblərini və Səudiyyə şahzadələrini özünə tabe etmək və zəiflətmək məqsədi ilə onlara qarşı təzyiqlərini artırıb. Bununla da onların nüfuzunu azaltmaq və rəqiblərini sıradan çıxartmaq istəyir.