Yan 08, 2018 10:44 Asia/Baku
  • Suriya ordusu və xalqı terrorçularla mübarizədə əməkdaşlıq edir
    Suriya ordusu və xalqı terrorçularla mübarizədə əməkdaşlıq edir

Suriyanın İdlib vilayətinin cənub-şərqində 5 kəndin sakinləri bu ölkə ordusunun köməkliyi ilə terrorçuları bu kəndlərdən qovublar.

İRNA-nın verdiyi məlumata görə, Suriya qaynaqları dünən gecə bildiriblər ki, Suriya ordusu bu ölkənin xalq müdafiə qruplarının dəstəyi ilə İdlib vilayətində başqa 5 kəndi terrorçuların işğalından azad edib. 

Bu kəndlərin sakinləri Suriya prezidenti Bəşar Əsədin foto-şəkillərini əllərində daşıyaraq azad edilmiş kəndlərdə Suriya bayraqlarını asıblar. 

Suriya ordusu qüvvvələri həmçinin xalq müdafiə qruplarının dəstəyi ilə dünən İdlib vilayətində strateji əhəmiyyət daşıyan Səncar şəhəri və 9 kəndə nəzarəti bərpa ediblər və Cəbhətünnüsrə terror qrupuna ağır zərbələr endiriblər. 

Sincar şəhəri altı ildir ki terrorçu qrupların işğalı altında idi. 

Suriya böhranı 2011-ci ildə sionist rejimin mənafeyinin təmini məqsədi ilə Səudiyyə Ərəbistanı, Amerika və onun müttəfiqlərinin dəstəklədikləri terrorçu qrupların bu ölkəyə geniş hücumu ilə başladı. 

Suriya qüvvələri müqavimət qüvvələrinin koməkliyi ilə son aylar ərzində terrorçulara ağır zərbələr endirmişlər. 

Teqlər