Yan 08, 2018 17:59 Asia/Baku
  • HƏMAS Trampın qərarının ləğvinədək aksiyaların davamını vurğuladı
    HƏMAS Trampın qərarının ləğvinədək aksiyaların davamını vurğuladı

HƏMAS hərəkatının üzvü və Fələstin Qanunvericilik Şurasının nümayəndəsi bildirib: Fələstində ictimai etirazlar ABŞ prezidentinin Qüds əleyhinə qərarı ləğv edilənədək davam etməlidir.

ABŞ prezidenti Donald Tramp 2017-ci il 6 dekabrda Qüdsü sionist rejimin paytaxtı elan etdi. O vaxtdan Fələstinin şəhər və kəndləri Trampın bu qərarına qarşı etiraz aksiyalarının şahididir. 

Əl-Qüds əl-Ərəbi qəzetinin yazdığına görə, HƏMAS-ın üzvü və Fələstin Qanunvericilik Şurasının nümayəndəsi Əbdülcabir Füqəha deyib: Fələstin Özünüidarə Təşkilatının rəsmiləri İsraili rəsmən tanımaq məsələsini geri götürməli, Oslo sazişini ləğv etməli və Fələstin müqaviməti əleyhinə təhlükəsizlik tədbirlərini durdurmalıdırlar. 

Füqəha əlavə edib: Donald Trampın Qüdsü sionist rejimin paytaxtı elan etməsi qəsəbələrin genişləndirilməsi, Fələstin əraziləri və müqəddəs məkanların müsadirə edilməsi kimi təhlükəli hərəkətlərə daha artıq şərait yaradır. 

HƏMAS üzvü Trampın qərarı qarşısında ərəb reaksiyalarının böyük hadisə ilə uzlaşmadığını bildirərək xəbərdarlıq edib: Qüdsü işğal etmiş rejim böyük hərəkətlərə əl ata bilər. Bu da işğal olunmuş ərazilərdə fələstinli didərginlərə mənfi təsir göstərə bilər. 

Füqəha deyib: Fələstin məsələsi haqda ABŞ və İsrail əleyhinə qətiyyətli qərarlar verilməlidir. 

Teqlər