Yan 09, 2018 10:07 Asia/Baku
  • İraqın şimalında təmizləmə əməliyyatı davam edir
    İraqın şimalında təmizləmə əməliyyatı davam edir

İraqın təhlükəsizlik mənbələri Tuz Xurmatu ətrafında və Daqoq-un qərb məntəqələrində İŞİD qalıqlarının təmizlənməsi əməliyyatının davam etməsindən xəbər veriblər.

Ötən bir neçə gün ərzində terrorçuların İraqın şimalında yerləşən Səlahəddin vilayətinin türkmən sakinli Tuz Xurmatu şəhərinə qarşı mərmi hücumlarının ardınca İraqın ordu və Əlhəşduşşəbi müştərək qüvvələri quru qoşunları vertolyotlarının himayəsi altında bu məntəqədəki təmizləmə əməliyyatını sürətləndiriblər.

Bu əməliyyatın üçüncü günündə Tuz Xurmatunun ətrafından geniş bir hissə təmizlənib və əməliyyat sürətlə davam edir.

Belə bir halda bildirilib ki, İŞİD İraqın şərqində yerləşən Diyalə vilayətindəki ünsürlərindən bir qrupunu edam edibdir.

Əlhəşduşşəbi qüvvələrinin komandanlarından biri bildiribdir ki, İŞİD özünün bir qrup ünsürünü terror əməliyyatı icra etməkdən boyun qaçırdığı üçün Diyalə və Səlahəddin vilayətləri arasındakı sərhəddə yerləşən Mətibicə məntəqəsində edam edibdir.

Teqlər