Sionistlər üç fələstinli jurnalisti həbs ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i291775-sionistlər_üç_fələstinli_jurnalisti_həbs_ediblər
Fələstinli mənbələr sionist hərbçilərin işğal olunmuş Qüdsə hücumu və jurnalistləri həbs etmələrindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 09, 2018 15:29 Asia/Baku
  • Sionistlər üç fələstinli jurnalisti həbs ediblər
    Sionistlər üç fələstinli jurnalisti həbs ediblər

Fələstinli mənbələr sionist hərbçilərin işğal olunmuş Qüdsə hücumu və jurnalistləri həbs etmələrindən xəbər veriblər.

Bu gün sionist hərbçilərin işğal olunmuş Qüdsə hücumu zamanı üç fələstinli jurnalist həbs olunub.

Fələstinli medialar bildiriblər ki, tanınmış fələstinli jurnalist Əhməd əl-Səfədinin adı həbs olunanlar arasında nəzərə çarpır.

Bu hərəkətlərin davamında sionistlər İordan çayının qərb sahilinin müxtəlif məntəqələrinə basqın ediblər. Sionistlər bazar ertəsi günü İordan çayının qərb sahilinə hücum edərək, on yeddi fələstinlini həbs ediblər.