Suriya Xarici İşlər Nazirliyi İsrailin hücumlarına reaksiya verib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i291819-suriya_xarici_İşlər_nazirliyi_İsrailin_hücumlarına_reaksiya_verib
Suriya Xarici İşlər Nazirliyi çərşənbə axşamı BMT baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktublarda İsrail rejiminin Suriya əleyhinə hərəkətlərinə öz etirazını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 10, 2018 06:35 Asia/Baku
  • Suriya Xarici İşlər Nazirliyi İsrailin hücumlarına reaksiya verib

Suriya Xarici İşlər Nazirliyi çərşənbə axşamı BMT baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktublarda İsrail rejiminin Suriya əleyhinə hərəkətlərinə öz etirazını bildirib.

İRNA-nın məlumatına görə, Suriya Xarici İşlər Nazirliyinin məktublarında deyilir: İsrailin hücumları bu rejimin regionda gərginliyin artırılması üzrə düşmənçilik mövqeyini təsdiq etməklə yanaşı, regionun hazırkı durumunun daha da mürəkkəbləşməsinə səbəb olur. 

Suriyanın Xarici İşlər Nazirliyi həmçinin bildirib: İsrailin hərəkətləri Suriyada terrorizmi himayə etmək və ərəb torpaqlarına qarşı işğalçılığı davam etdirməkdir. 

Suriya ordusu və silahlı qüvvələrinin baş komandanlığı da bir bəyanat yayaraq, Suriya Hava Qüvvələrinin çərşənbə axşamı İsrail rejiminin Dəməşqin ətrafında yerləşən Əl-Qətifə məntəqəsinə qarşı bir neçə raket hücumunu zərərsizləşdirdiyini bildirib.