Qəzzə zolağında aksiya \ Trampın Qüdslə bağlı qərarına etiraz edildi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i291881-qəzzə_zolağında_aksiya_trampın_qüdslə_bağlı_qərarına_etiraz_edildi
ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı qalmaqallı qərarına etirazların davamında Qəzzə zolağında aksiya keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 10, 2018 16:10 Asia/Baku
  • Qəzzə zolağında aksiya \ Trampın Qüdslə bağlı qərarına etiraz edildi

ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı qalmaqallı qərarına etirazların davamında Qəzzə zolağında aksiya keçirilib.

İRİB-nin verdiyi məlumata görə, Livanın Əl-Minar informasiya kanalı bildirib: Çoxlu sayda fələsinli qadın çərşənbə axşamı BMT-nin Qəzzədəki ofisi önündə piket keçirib, ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı qərarına etiraz edib.

Fələstinli Qadınlar Birliyinin sədri Amal Hamad ABŞ prezidentinin Qüdslə bağlı qərarına etiraz edərək, deyib: Tramp bir tərəfdən Qüdsü işğalçılara təhvil verir, digər tərəfdən isə fələstinlilərə siyasi və maliyyə baxımından təzyiq göstərir. Bəzən də fələstinlilərə yardımların dayandırılması haqda qərarlar qəbul edir.

6 dekabr 2017-ci ildə Tramp Qüdsü işğalçı İsrail rejiminin paytaxtı olaraq tanıyaraq, ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi barədə göstəriş verib.  O zamandan bəri bütün Fələstin Trampın qərarlarına qarşı etirazların şahididir. Bu müddət ərzində 17 fələstinli şəhid olub, 3000 nəfər isə  yaralanıb.