Suriya ordusu İdlibdə Əbu Əz-Zuhur aeroportunu nəzarətə götürüb
-
Suriya ordusu İdlibdə Əbu Əz-Zuhur aeroportunu nəzarətə götürüb
Suriya ordusu İdlibin ətrafında Əbu Əz-Zuhur hərbi aeroportuna nəzarətini bərpa edib.
İRİB-in məlumatına görə, İdlib vilayətindəki terror qrupları etiraf ediblər ki, Suriya ordusu qüvvələri Əbu Əz-Zuhur hərbi aeroportuna nəzarəti ələ keçiriblər. İdlibin ətrafında yerləşən bu baza 2 ildən artıq idi ki, Təhrirüş-Şam (sabiq Ən-Nüsrə Cəbhəsi) qruplaşmasının işğalında idi.
Bildirilib ki, Suriyanın şimal-qərbində İdlib vilayətinin cənubunda Əbu Əz-Zuhur hərbi aeroportuna nəzarətin bərpa olunması ilə, aeroportun şərq hissəsindəki terrorçular mühasirəyə alınıblar.
Suriya ordusu qüvvələri terrorçulara qarşı əməliyyatının davamında İdlibin ətrafında 11 kəndi nəzarətə götürüb.
Mehr İnformasiya Agentliyinin əl-Məyadinə istinadla verdiyi məlumata görə, Suriyanın Müharibə Xəbərləri informasiya mərkəzi bildirib: Suriya ordusu Ən-Nüsrə Cəbhəsi qruplaşmasına bağlı terrorçularla toqquşmadan sonra bu kəndləri azad edib.
İdlib vilayəti silahlı və müxalif qrupların əsas bazasıdır və indiyə qədər bu vilayətin müxtəlif bölgələrinə çoxlu xəsarətlər yetirmişlər.