Yarım milyon xarici işçi Ərəbistandan çıxarılıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i292309-yarım_milyon_xarici_işçi_Ərəbistandan_çıxarılıb
Ərəbistanda işsizlik səviyyəsinin artması və yaşam xərclərinin ağırlaşması 2017-ci ildə təqribən 550 min xarici işçi bu ölkədən çıxarılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 14, 2018 11:24 Asia/Baku
  • Yarım milyon xarici işçi Ərəbistandan çıxarılıb
    Yarım milyon xarici işçi Ərəbistandan çıxarılıb

Ərəbistanda işsizlik səviyyəsinin artması və yaşam xərclərinin ağırlaşması 2017-ci ildə təqribən 550 min xarici işçi bu ölkədən çıxarılıb.

İRNA-nın verdiyi məlumata görə, Ərəbistanın Sosial Təminat Təşkilatının bildirişinə əsasən ölkədə işsizlik səviyyəsinin 12.8%-ə çatması ölkə rəsmilərini yerli vətəndaşları işlə təmin etmək məcburiyyətində qoyub.

Daxil olan məlumatlara görə, Ərəbistan hökumətinin yeni iş proqramına əsasın sığorta, rabitə, yol və tranzit sahələrində sadəcə Ərəbistan vətəndaşları çalışmaq haqqına malikdirlər. Bununla da bu sahədə fəaliyyət göstərən xarici ölkə vətəndaşları işlərini itirmiş olublar.

Ərəbistan 2015-ci ilin martından indiyə kimi Yəmən müharibəsinə külli miqdarda vəsait ayırmaqla, bu ölkənin büdcə kəsri ilə üzləşməsinə səbəb olub.