İraq paytaxtında partlayış
https://azeri.sahartv.ir/news/qərbi_asia-i292393-İraq_paytaxtında_partlayış
Bağdadda 2 terror aktında 87 nəfər ölüb və yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 15, 2018 08:53 Asia/Baku
  • İraq paytaxtında partlayış
    İraq paytaxtında partlayış

Bağdadda 2 terror aktında 87 nəfər ölüb və yaralanıb.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, İraqın təhlükəsizlik mənbəyi bildirib ki, bu iki partlayış bu gün Bağdadın uçuş meydanında baş verib. 

Əl-Aləm telekanalı Bağdadda törədilən iki partlayışda ölənlərin sayının 21 nəfər olduğunu bildirib. Partlayışlarda 66 nəfər də yaralanıb. 

İraqın Şəfəq Nyus portalı aktların kamikadzelər tərəfindən törədildiyini bildirərək yazıb: Kamikadzelər eyni zamanda meydanda toplaşan fəhlələr arasına girərək özlərini partladıblar. 

Bu məlumata görə, bəzi yaralıların durumu ağırdır. 

Ötən şənbə günündə də Bağdadın Ədən meydanında baş verən terror aktında 3 nəfər öldü, 9 nəfər yaralandı.