Bəhreyn xalqı üç bəhreynli gəncin şəhadətinin ildönümündə aksiya keçirib
Yan 16, 2018 09:39 Asia/Baku
Bəhreyn xalqı dünən üç bəhreynli gəncin şəhadətinin ildönümündə bu ölkənin müxtəlif məntəqələrində aksiya keçirib.
Ali-Xəlifə rejimi 2017-ci ilin yanvarında bu üç bəhreynli gənci edam etdi.
Bəhreyn xalqı son vaxtlar vurğulayıb ki, Ali-Xəlifə rejiminin saxta məhkəmələrində ölkə vətəndaşlarına qarşı edam hökmlərinin çıxarılması bu rejimin Bəhreyn xalqı ilə hesabını çürütməsi istiqamətindədir.
Ali-Xəlifə rejiminin məhkəmələri indiyədək yüzlərlə bəhreynli inqilabçını puç ittihamlarla edama və ya uzunmüddətli həbslərə məhkum ediblər.
Bəhreyn 2011-ci ilin 14 fevralından Ali-Xəlifə rejiminə qarşı xalq inqilabının şahididir.