Tripoli aeroportu yaxınlığındakı döyüşlərdə tələfat artıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i292527-tripoli_aeroportu_yaxınlığındakı_döyüşlərdə_tələfat_artıb
Liviyanın səhiyyə nazirliyi bu ölkənin paytaxtı Tripolinin yaxınlığında silahlı qruplar arasında gedən döyüşlərdə baş vermiş tələfatın artmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 16, 2018 14:46 Asia/Baku
  • Tripoli aeroportu yaxınlığındakı döyüşlərdə tələfat artıb
    Tripoli aeroportu yaxınlığındakı döyüşlərdə tələfat artıb

Liviyanın səhiyyə nazirliyi bu ölkənin paytaxtı Tripolinin yaxınlığında silahlı qruplar arasında gedən döyüşlərdə baş vermiş tələfatın artmasından xəbər verib.

Liviyanın səhiyyə nazirliyi bu gün bildirib ki, dünən Tripolinin Muəytiqə beynəlxalq hava limanının yaxınlığında Əlbəqərə və Quvvət əl-Rəd əl-Xasə adlı iki silahlı qrup arasında gedən döyüşlərdə iyirmi nəfər ölüb, 69 nəfər də yaralanıbdır.

Tripolinin Muəytiqə beynəlxalq hava limanının təhlükəsizlik rəsmilərinin bildirdiklərinə görə, iki tərəf ağır və yüngül silahlarla bir-birinin mövqelərini hədəfə alıbdır.

Tripolinin Muəytiqə beynəlxalq hava limanının təhlükəsizlik rəsmiləri vurğulayıblar ki, vəziyyət hazırda tam nəzarət altındadır.

Bu döyüşlərin dünən baş verməsinin ardınca Muəytiqə beynəlxalq hava limanındakı bütün daxili və xarici uçuşlar ləğv olunubdur.