Mindən çox sionist qəsəbə sakini Həzrət Yusif(ə)-ın məqbərəsinə hücum edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i292529-mindən_çox_sionist_qəsəbə_sakini_həzrət_yusif(ə)_ın_məqbərəsinə_hücum_edib
Mindən çox sionist qəsəbə sakini bu gün səhər Nablus şəhərində yerləşən Həzrət Yusif(ə)-ın məqbərəsinə hücum edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 16, 2018 14:50 Asia/Baku
  • Mindən çox sionist qəsəbə sakini Həzrət Yusif(ə)-ın məqbərəsinə hücum edib
    Mindən çox sionist qəsəbə sakini Həzrət Yusif(ə)-ın məqbərəsinə hücum edib

Mindən çox sionist qəsəbə sakini bu gün səhər Nablus şəhərində yerləşən Həzrət Yusif(ə)-ın məqbərəsinə hücum edib.

Bu təcavüzün ardınca məqbərənin ətrafında fələstinlilərlə sionist qəsəbə sakinləri arasında toqquşmalar baş verib.

Sionist hərbçilər sionist qəsəbə sakinlərinə dəstək verərək, fələstinlilərə tərəf atəş açıb və gözyaşardıcı qaz buraxıblar ki, onlardan bir qrupu yaralanıb və bir qrup insan da boğuntu halına düşübdür.

Sionist rejim ardıcıl olaraq fələstinli məntəqələrə sionist görkəm verməkdədir. Bu rejim islami abidə və məkanları, həmçinin fələstinlilərin evləri və tarixi binalarını dağıdaraq, müsəlmanların müqəddəs məkanlarının yerinə, yəhudi məbədləri tikərək, bu hədəfi izləyir.