Yan 18, 2018 10:02 Asia/Baku
  • Sionist rejim Əhd Əltəmiminin həbsini uzadıb
    Sionist rejim Əhd Əltəmiminin həbsini uzadıb

Sionist rejim məhkəməsi bildirib ki, bu rejim hərbçilərini təhqir etmək ittihamı ilə təcridxanada olan fələstinli qız Əhd Əltəmiminin həbsi onun mühakiməsi başa çatanadək davam edəcək.

Sionist rejimin hərbi prokuroru cari yanvar ayının əvvəllərində Əhd Əltəmimiyə qarşı on iki ittiham irəli sürüb.

Sionist rejimin "Ufer" hərbi məhkəməsi də qərar üzrə fevralın altısında keçiriləcək məhkəmənin növbəti iclasının təşkil olunacağı zamanadək Əhd Əltəmiminin anası Narimanın həbsini uzadıbdır.

2017-ci il dekabrın 19-da işğalçılar Basim Əltəmiminin mənzilinə basqın etdilər. Onlar bu basqında Basimin qızı Əhdi, sonra anasını və qohumlarından digər birisini həbs etdilər. Əhd Əltəmiminin həbs edilməsinin səbəbi, onun sioinist həbçiləri öz evlərinin həyətindən çıxarmağa səy göstərməsi olub.

Bir çox hüquq təşkilatı və orqanı sionist rejimin on altı yaşlı fələstinli qız Əhd Əltəmimini həbs etməsini tənqid edib. Avropa İttifaqı da Əltəmiminin həbs edilməsindən nigarançılıq edibdir.

Teqlər