Üç min suriyalı didərgin Diyrəzzura geri dönüb
Diyrəzzur şəhərinin cənub-şərqində didərgin düşmüş üç mindən çox suriyalı didərgin öz ev-eşiyinə geri dönüb.
Terror qruplarının Diyrəzzurun cənub-şərqinə hücum etmələrindən sonra didərgin düşmüş üç mindən çox nəfər bu məntəqələr İŞİD terror qrupunun iştirakının əsərlərindən təmizləndikdən və əsas xidmətlərin bərpasından sonra öz ev-eşiyinə qayıdıb.
Bu qrup insan Diyrəzzur vilayətinin Əlməyadin şəhərində didərginlərin məskunlaşdırıldıqları mərkəzdə keçirilən xalq şənliyindən sonra öz ev-eşiyinə geri dönübdür.
Diyrəzzur valisi Muhəmməd İbrahim Əlsəmərə bildirib ki, istər müvəqqəti məskunlaşma mərkəzlərində olan kəslər, istərsə də digər vilayətlərdə iştirak edən şəxslər daxil olmaqla Diyrəzzurun şərq sakinləri öz ev-eşiklərinə geri dönməkdədirlər.