31 min iraqlı didərgin Türkiyə və Suriyadan geri dönüb
İraqın mühacirət və didərginlər naziri 31 min iraqlı didərginin Türkiyə və Suriyadan İraqda azad edilmiş öz məntəqəsinə geri dönməsindən xəbər verib.
İraqın mühacirət və didərginlər naziri Cassim Muhəmməd Əlcaaf bildirib ki, dörd mindən çox iraqlı didərgin Türkiyədən və 27 minə yaxın iraqlı didərginin də Suriya düşərgələrindən özünün İraqda azad edilmiş məntəqəsinə və mənzilinə qayıdıbdır.
Muhəmməd Əlcaaf həmçinin vurğulayıb ki, didərgin ailələrin İraqda azad edilmiş məntəqələrə geri dönmələrindən sonra, iraqlı didərginlər üçün sığınacaq yaratmaqdan ötrü Duhuk, Bağdad, Ələnbar və Diyalə vilayətlərində yaradılmış 24 düşərgə bağlanıbdır.
İraqın mühacirət və didərginlər naziri söyləyib ki, stabillik və təhlükəsizliyin bu ölkəyə qaytarılması üçün görülmüş tədbirlər icra olunmaqda davam edir.
Bundan öncə Beynəlxalq Mühacirət Təşkilatının İraqdakı sözçüsü Sandra Blak iraqlı qüvvələrin terrorçular tərəfindən işğal olunmuş məntəqələrin geri alınması və bu məntəqələrin təhlükəsizlik şəraitinin yaxşılaşdırılması istiqamətində atdıqları addımlara toxunaraq, demişdi: 2015-ci ilin sonunda təkcə beş yüz min iraqlı mühacir öz yaşayış yerinə geri dönmüşdü, halbuki bu miqdar 2017-ci ilin sonunda bir milyon səkkiz yüz əlli min nəfərə çatıbdır.