Seyid Həsən Nəsrullah ölkələrin "İsrail"lə əlaqələrdən çəkinmələrinin vacibliyini vurğulayıb
Livan Hizbullahının baş katibi bütün ölkələrin sionist rejimlə əlaqələri normallaşdırmaqdan çəkinmələrini istəyib.
İRNA-nın məlumatına görə, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah cümə günü Beyrutun-Cənub ətrafında Qünəytrə şəhidlərinin anım mərasimi ilə video-konfrans vasitəsi ilə çıxışında deyib: Sionist rejimlə hər hansı əlaqədən çəkinmək ərəb ölkələri birliyinin önəmli qərarlarındandır. lakin bəzi ərəb hakimləri onu icra etmirlər.
Seyid Həsən Nəsrullah bildirib: Livan sionist rejimlə əlaqələri normallaşdırmaqdan çəkinməyə sadiqdir. Bu ölkə xalqı işğalçılarla münasibətləri normallaşdırmağa tolerantlıqla baxmır.
Livan Hizbullahının baş katibi Qünəytrə şəhidlərinin xatirəsini yad edərək deyib: Müqavimət mübarizlərinin şücaəti olmasaydı, Livanın hazırkı təhlükəsizlik və stabilliyi olmazdı.
Livan Hizbullahının baş katibi həmçinin İraq və Suriyada "İŞİD-in qayıdışının qarşısının alınması" adı altında amerikalı qüvvələrin qalması haqda ABŞ rəsmilərinin son mövqelərini tənqid edərək onu ABŞ-ın ikiüzlülüyü adlandırıb.