Yan 24, 2018 15:29 Asia/Baku
  • ABŞ vitse-prezidentinin regiona səfəri Qəzzədə etirazlarla qarşılanıb

ABŞ-ın vitse-prezidenti Mayk Pensin Yaxın Şərqə səfəri ilə bağlı etirazlar Qəzzəyə kimi uzanıb. Həmas-ın siyasi bürosunun sədri müqavimət strategiyası əsasında koalisiyaların yaradılmasını istəyib.

Əl-Minar telekanalının verdiyi məlumata görə, bu telekanalın müxbiri İmad Eyd  Qəzzədən verdiyi reportajda Qəzzə sakinləri və tələbələrin etiraz aksiyaları ilə bağlı təsvirləri ekranlara gətirərək, deyib: Qəzzə əahlisi və qəzzəli tələbələr ABŞ-ın Qüds şəhəri ilə bağlı qərarına öz qəzəb və nifrətini bəyan etmək üçün etiraz aksiyası təşkil ediblər. Bu aksiyada iştirak edənlər ABŞ prezidenti Donald Tramp əleyhinə şüarlar səsləndiriblər. Onlar həmçinin, Qüdsü və müqaviməti himayə üzrə şüarlar veriblər.

Bu etiraz aksiyasında iştirak edən tələbələrdən biri deyir: "Biz Trampın Qüdslə bağlı qərarına və ABŞ-ın vitse-prezidenti Mayk Pensin məntəqəyə olan səfərinə etiraz edirik."

Bir başqa tələbə isə deyir: "Biz öz vətənimizi və müqəddəslərimizi müdafiə etmək üçün burdayıq. Canımızı və malımızı bu yolda fəda etməyə hazırıq."

Repartajın davamında deyilir: Fələstinli qruplar ABŞ-ın vitse-prezidenti Mayk Pensin regiona səfəri "Əsrin Anlaşması" adlandırılan məsələnin gerçəkləşməsinə şəraitin yaradılması məqsədi daşıyır. ELə buna görə də, fələstinlilər və ərəblər bu anlaşmanın baş tutmasını önləmək üçün etiraz aksiyalarını davam etdirməlidirlər.

Fələstin İslami Cihad Hərəkatının rəhbər üzvlərindən olan Əhməd Əl-Mədləl deyir: "Bu addımlar Fələstin xalqının ümidlərini məhv etmək üçündür. Bizim nəzərimizdə Pens və digərləri arzuolunmaz şəxsdirlər. Çünki, davamlı olaraq İsrail rejimini himaə edirlər və onun tərəfini saxlayırlar."

Fələstinin Müqavimət Komitələrinin sözçüsü Məhəmməd Bərim isə deyir: "ABŞ-ın UNROWA və Fələstin xalqına qarşı son zorakılıqları bizi "əsrin anlaşması" ilə razılaşmağa məcbur etmək üçündür. Bizim xalqımız bu anlaşmanı kökündən rədd edir."

Həmas-ın siyasi bürosunun sədri İsmayıl Həniyyə də deyib: "Regionda güclü koalisiyaların yaradılması üzrə səylər həyata keçirilir. Onların strategiyasını iki əsas məsələ təşkil edir. Birincisi siyasi cəhətləri əhatə edir və İsrail rejiminin rəsmən tanınmamasına yönəlib. İkincisi isə müqavimət yolunun seçilməsidir."

Teqlər